AZAL MİNERALNIYE VODI ŞƏHƏRİNƏ BİRBAŞA UÇUŞLARA BAŞLAYIR.

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiya Federasiyasının digər bir şəhərinə – Mineralnıye Vodı - aviabilet satışına başlayır.

Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Aviaşirkət “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq sağlamlığın qorunması üçün bütün zəruri tədbirləri görür, aviadaşıyıcının reysləri hökümətin tövsiyələrinə uyğun olaraq həyata keçirilir.

Beləliklə, Bakı-Mineralnıye Vodı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:

- Rusiya ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir

- koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: