Avropada 5 şəhər

 

Səyahət etmək istəyirsiniz, amma hara gedəcəyinizi bilmirsiniz. Sizin səyahət bələdçiniz olaraq bu gün Avropada gəzə biləcəyiniz ən gözəl şəhərlərlə bağlı yazı hazırladıq. Bu yazının sonunda hələ də qərar verməkdə çətinlik çəksəniz, o zaman “Rose” Travel”la əlaqə saxlayın və tur menecerlərimiz səyahət edəcəyiniz ölkəni seçməkdə sizə kömək olsun.

İndi isə başlayaq bir-birindən maraqlı və gözəl olan Avropa ölkələrini sadalayaq. Qeyd edək ki, sıralama ən random olaraq edilmişdir.

 

1. Florensia, İtalya

Floransiya ilə bağlı nə yazsaq az olar. Bu şəhər yeni dövrlərin başladığı bir yerdir. Florensiya renesans dövrü, tarix və sənəd kitablarının yenidən yazıldığı yer deməkdir. Bura Avropada gəziləcək ən gözəl şəhərlərdəndir. Əgər Florensiyaya getməmisinizsə, buranı mütləq görməlisiniz.

Bu video ilə Florensiyaya qısa tur edə bilərsiniz: 3 dəqiqədə Florensiya

 

2. Stokholm, İsveç

Əgər “Avropanın ən turistik şəhərləri” adlı müsabiqə keçirsələr, Stokholm qalib şəhərlərdən biri olardı.  İsveç krallığının paytaxtı olan Stokholmu "Şimalın Venesiyası" adlandırırlar.  Skandinavyanın məxsusi memarlığı əsasən qış aylarında qar yağdıqda gözəçarpan dərəcədə füsunkar olur.

Maraqlı bir məqam da budur ki, Stokholm dünyada sosiyal və mədəniyyətlə bağlı bir çox tədbirlərə ev sahibliyi edib. Hətta bu tədbirlər o qədər çoxdur ki, əminik ki, səyahətiniz zamanı hansısa bir tədbirə rast gələcəksiniz.

Bu video ilə Stokholma qısa tur edə bilərsiniz: Stokholmu kəşf edək

 

3. Moskva, Rusiya

Moskva azərbaycanlıların sıx səyahət etdiyi şəhərlərdəndir. Bunun səbəblərindən biri qonşu ölkənin paytaxtı olmasıyla yanaşı, həm də nağıllar diyarına bənzəməsidir. Xüsusən də “Qırmızı Meydan” Moskvanın ən çox maraq görən yerlərindəndir. Təbii mənzərlərindən daha çox gecə həyatı ilə məşhur olan Moskvada əmin olun ki, bütün maraqlara xitab edən gəzməli və görməli yerlər var.

Bu video ilə Moskvaya qısa tur edə bilərsiniz: Yenilənən Moskva

 

4. Budapeşt, Macarıstan

Siyahımızdakı 4-cü şəhər yenə azərbaycanlıların çox yaxından tanıdığı şəhər – Budapeştdir. Daha çox tələbələrin təhsil üçün üz tutduğu Budapeşt Avropada ilk metroya sahib olan şəhərdir.

Əmin olun ki, Budapeşt Avropada gəzməkdən zövq alacağınız şəhərlərdəndir. Əgər Budapeştə getməyi qərarlaşdırmısınızsa, mütləq Buda qalasına, Parlament binası və Zəncir körpüyə mütləq gedin.

Bu video ilə Budapeştə qısa tur edə bilərsiniz: Avropanın ən maraqlı şəhəri

 

5. Kopenhagen, Danimarka

“Ticarət limanı” mənasını verən Kopenhagen bir neçə Avropa şəhərini xatırladan infrastruktura malikdir. Rəngarəng memarlıq nümunələrinə ev sahibliyi edən Kopenhagen mütləq getməli və görməli olduğunuz şəhərlərdəndir. Əgər bu yazıda “Ən yaxşı Avropa şəhərlərin sıralaması” olsaydı, Kopenhagen ilk sırada yer alardı. Çünki burada gəziləcək çox yerlər var. Kopenhagendə nəinki siz, gözləriniz də tətil edəcək.

Bu video ilə Kopenhagenə qısa tur edə bilərsiniz: Xoşbəxt insanların şəhəri

 

 

Поделиться страницей